İxtira, faydalı model və sənaye nümunəsi barəsində məlumat axtarışı üçün vəsatət 7 manatdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

İddia sənədinin mahiyyətcə ekspertizası ixtira üçün 50 manat, faydalı model və sənaye nümunəsi üçün 40 manatdır. Əlavə bəndlər üzrə rüsum 10–25 manat arasında dəyişir. Bu ödənişlər ixtira və patent hüquqlarının qorunmasını təmin edir.