Pirşağı qəsəbəsində, eyniadlı stansiyanın yaxınlığında yerləşən göl qurudulur.

“Həftəlik” xəbər verir ki, gölün doldurulması sahildə yerləşən müəssisə tərəfindən aparılır.

Gölün doldurulması onun yaxınlığındakı yaşayış massivinə təhlükə yaradacağı, sahildəki evlərin subasmaya məruz qalacağı istisna edilmir.

Lakin nədənsə Sabunçu rayon İcra Hakimiyyəti gölün doldurulmasına göz yumur.

Qeyd edək ki, 20212-ci ildən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.