Yeni qaydalara görə, qiymətləndirmə əməliyyat və idarəetmə uyğunluğu istiqamətlərində həyata keçiriləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası”nda əksini tapıb.

Əməliyyat uyğunluğu, minatəmizləmə fəaliyyətinin faktiki icrası üçün resurs və bacarıqların olub-olmamasını müəyyən edəcək. İdarəetmə uyğunluğu isə daha çox hüquqi və fiziki şəxslərə şamil ediləcək. Bu istiqamətlərdə aparılan qiymətləndirmə, fəaliyyətin təhlükəsizliyini və beynəlxalq tələblərə uyğunluğunu təmin edəcək. Beləliklə, bütün iştirakçılar vahid standartlara uyğun işləməli olacaqlar.