Uçmuş arı beçəsinin başqaları ilə birləşməsi halında bu beçələr ümumi mülkiyyət hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.
Birləşmiş beçələrin bölünməsi və əldə olunan vəsaitin paylaşdırılması tərəflərin razılığı ilə tənzimlənir. Bu, mülki hüquqların bərabər şəkildə qorunmasına xidmət edir.
