Əcnəbilərə iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün rüsum müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

10 iş günü ərzində 3 aylıq icazə 700 manatdır, 6 aylıq 900 manat, 1 illik isə 1400 manat təşkil edir. 15 iş günü ərzində 3–12 aylıq icazələr 500–1200 manat arasında dəyişir. 20 iş günü ərzində icazələr isə 350–1000 manat rüsumla verilir.