Əməliyyat uyğunluğunun qiymətləndirilməsi, təşkilat və şəxslərin minatəmizləmə əməliyyatlarını yerinə yetirmək üçün resurslara malik olub-olmamasını müəyyən edəcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası”nda əksini tapıb.

Burada həm texniki vasitələr, həm də insan resurslarının səriştəsi nəzərdən keçiriləcək. Məqsəd, əməliyyatların təhlükəsiz və səmərəli icrasına zəmanət verməkdir. Qiymətləndirmə zamanı iştirakçıların idarəetmə bacarıqları da önəmli meyar sayılacaq. Bu yanaşma minatəmizləmə əməliyyatlarında risklərin minimuma endirilməsini təmin edəcək.