Fransa Prezidenti Emmanuel Makron ölkədə 15–16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsinin vacib olduğunu bildirib.
Heftelik.az-ın “Le Figaro”-ya istinadən verdiyi xəbərə görə, hökumət müvafiq qanun layihəsini gələn ilin əvvəlində təqdim edəcək
Qanun layihəsinə əsasən, bütün sosial şəbəkələrdə istifadəçilərin yaşının yoxlanılması məcburi olacaq və aşağı yaş həddi 15–16 yaş səviyyəsində müəyyən ediləcək. Bu yaşdan kiçik uşaqlar və yeniyetmələrin sosial şəbəkələrə daxil olması qadağan ediləcək.
FrEmmanuel Makron deyib ki, qanun layihəsinin 2027-ci ildə prezidentlik müddəti başa çatana qədər qəbul olunmasına nail olmaq niyyətindədir.
