Gəncədə avtomobil təmiri sexində faciə yaşanıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsindəki təmir sexində qeydə alınıb.

Qaldırıcının qırılması nəticəsində “VAZ-21011” markalı avtomobil 72 yaşlı Həbib Həsən oğlu Hüseynovun üstünə düşüb. Nəticədə o, hadisə yerində ölüb.

Məlumata görə, mərhum özünə məxsus olan həmin avtomobili təmir edirmiş.

Araşdırma aparılır.