
ABŞ-ın Providens şəhərində yerləşən Braun Universitetinin ərazisində atışma qeydə alınıb.
Heftelik.az xəbər verir ki, bu barədə Providens polisinin mətbuat xidməti məlumat yayıb.
Atışma nəticəsində iki nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Ölən və yaralananların hamısı Braun Universitetinin tələbələridir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.
