Beynəlxalq Futbol Federasiyası (FIFA) Argentinanın futbol üzrə milli komandasını 2026-cı il dünya çempionatından kənarlaşdıra bilər.

Heftelik.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, mümkün qərar Argentina Futbol Assosiasiyasında baş verən korrupsiya qalmaqalı ilə əlaqəlidir. Məlumata əsasən, qurumun rəhbəri Klaudio Tapia və onun bir neçə yaxın əməkdaşı qanunsuz varlanmada şübhəli bilinir.

Qəzet qeyd edir ki, FIFA hazırda araşdırma aparır və nəticələrdən asılı olaraq Argentinanın ABŞ, Kanada və Meksikada keçiriləcək, altı ay sonra başlayacaq dünya çempionatında iştirakına qadağa qoyula bilər.

Hazırda məsələ ilə bağlı istintaq davam edir.