Sidneydə baş verən atışmada iştirak edən şəxslərdən birinin kimliyi müəyyən edilib.

Heftelik.az xəbər verir ki, bu barədə məlumat ABC yayıb.

Son məlumatlara görə, bu hücum nəticəsində 12 nəfər həlak olub.

Saxlanılan şübhəli şəxs Yeni Cənubi Uels ştatının Bonni­riqq qəsəbəsində yaşayan Navid Akramdır. Hazırda hüquq-mühafizə orqanları onun evində axtarış aparır. Ehtimal olunan atıcının fotoları artıq Avstraliyanın sosial şəbəkələrində yayılmaqdadır.

Bundan əlavə, internetdə divarın arxasında gizlənərək körpü üzərindən insanlara atəş açan kişinin əks olunduğu video da yayılıb.

***

saat 14.26

Avstraliyada Sidney şəhərində Bondi çimərliyində Hanuka bayramı şənlikləri zamanı baş verən atışma nəticəsində 10 nəfər həlak olub.

Heftrelik.az NewsWire-ə istinadən xəbər verir ki, 60-a qədər yaralı var.

Ölənlər arasında uşaqlar və bir polis əməkdaşı da var.

Polis bir şübhəlini saxlayıb, istintaq davam edir.