Biləsuvar sakini boğularaq öldürülüb, bəzi təfərrüatlar məlum olub.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
