Diaqnostika Nazirliyin təsdiq etdiyi fəaliyyət planına uyğun həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”də əksini tapıb.
Fəaliyyət planı hər il dekabrın 20-dən gec olmayaraq təsdiqlənir. Diaqnostikanın başlanacağı tarix quruma məktubla bildirilir. Nazirlik sorğu göndərərək ilkin diaqnostikanın aparılmasını tələb edir. Qurum sorğu daxil olduqdan 30 gün ərzində özünüqiymətləndirməni aparır. Nazirlik sonra diaqnostikaya başlayır. Sənədlər və məlumatlar toplanır, yoxlanılır və təhlil edilir.
