Xalq artisti Fatma Mahmudova reabilitasiya mərkəzinə yerləşdirilib.
Heftelik.az xəbər verir ki, bu haqda Əməkdar artist Kubra Əliyeva paylaşım edib.
Əli zədələnən F.Mahmudova artıq sağaldığını bildirib: “Əvvəl əlimi işlədə bilmirdim, indi yaxşıdır”.
Qeyd edək ki, F.Mahmudova bir neçə dəfə insult keçirib.
