Yüksək binaların tikintisi zamanı ekoloji tələblərə riayət olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Qüvvədə olan sanitariya-epidemioloji normalara uyğun olaraq ərazinin planlaşdırılması aparılmalıdır. Binalarda hava keyfiyyəti, işıqlandırma və mikroiqlim parametrləri tənzimlənəcək. Bu yanaşma sakinlərin sağlam və təhlükəsiz mühitdə yaşamasını təmin edəcək.
