Podratçılar və subpodratçılar milli valyutada və xarici valyutada bank hesabları aça və istifadə edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.
Xaricdə hesabların açılması və bağlanması barədə məlumat mərkəzi bank və icra hakimiyyətinə verilməlidir. Podratçılar həm ölkə daxilində, həm də xaricdə hesablaşmaları həyata keçirə bilərlər. Milli valyutada əldə edilən vəsaitləri xarici valyutaya çevirərək sərbəst istifadə etmək hüquqları vardır. İşçilərə ödənişlər milli valyuta və xarici valyutada həyata keçirilir.
