Sahibkarlıq subyekti diaqnostikanın həyata keçirilməsi üçün məlumatları könüllü təqdim edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”də əksini tapıb.

Hüquqi və fiziki şəxslərin məlumatları daxil edilir. Fəaliyyət sahəsi və VÖEN qeyd olunur. İnternet informasiya ehtiyatının linki, əlaqələndirici şəxs və əlaqə vasitələri verilir. İşçilərin sayı və illik dövriyyə də daxil edilir. Məlumatlar proqram təminatı vasitəsilə yoxlanılır. Təhlil əsasında arayış və tədbirlər planı hazırlanır.