Qaydada qeyd olunur ki, minatəmizləmədə iştirak edən tibb mütəxəssisləri müvafiq sertifikasiyadan keçməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası”nda əksini tapıb.

Sertifikasiyalar “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun şəkildə təqdim edilməlidir. Bu sənədlər tibb heyətinin praktik fəaliyyətə icazəsini təsdiq edəcək. Tibbi təminat minatəmizləmə zamanı təhlükəsizliyin əsas elementlərindən biri kimi qiymətləndirilir. Bu, əməliyyat zamanı potensial xəsarətlərin qarşısının alınmasına şərait yaradır.