Distant təhsilə səmərəlilik, şagirdlərin daşınması və onların rahatlığı baxımından yanaşılır.

Heftelik.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə REAL TV-yə müsahibəsində məlumat verib.

Nazir bildirib ki, məsələ hazırda gündəmdədir və bu modelin icrası mümkün hesab olunur.
Onun sözlərinə görə, distant təhsil modelinin tətbiqi növbəti tədris ilindən etibarən mümkün ola bilər.