
Podratçıların və subpodratçıların işçi qüvvəsinin 80%-i Azərbaycan vətəndaşlarından ibarət olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.
İşçi qüvvəsinin seçimi və əmək müqaviləsi Azərbaycan qanunvericiliyinə uyğun aparılır. Lazımi ixtisaslı Azərbaycan vətəndaşı olmadıqda icra hakimiyyəti fərqli nisbəti təsdiqləyə bilər. İşçilərin hazırlanması üçün xərclər Azərbaycan vətəndaşı olmayan işçilərin işə cəlb edilməsinə görə xərclərdən çox ola bilər. Qanun pozuntularına görə məsuliyyət daşıyan podratçı və subpodratçıdır.
