Yerində baxış diaqnostika keçirilən quruma əvvəlcədən məlumat verilərək aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”də əksini tapıb.

Baxış təyin olunmuş tarixdə mümkün olmadıqda yeni tarix müəyyən edilir. Yerində baxış zamanı təqdim olunmuş sənədlər təsdiqlənir. Təsdiqlənməyən hallarda akt tərtib olunur. Akt arayışa və hesabatlara əlavə edilir. Son tarixlər nəzərə alınaraq məlumatlar əsas götürülür. Diaqnostika həmin məlumatlar əsasında aparılır.