Entomofil kənd təsərrüfatı bitkiləri ilə məşğul olan şəxslər məhsuldarlığı artırmaq məqsədilə arıçılıq təsərrüfatlarının arı ailələrini istifadə edə bilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.

Arıçılar da əvvəlcədən xəbər verməklə həmin ərazilərdən balyığma mənbəyi kimi yararlana bilirlər. Bu əməkdaşlıq bitkiçilik və arıçılığın qarşılıqlı inkişafını dəstəkləyir.