Vestibüllərin sahəsi liftlərin gözləmə vaxtı nəzərə alınaraq müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Liftlərin gözləmə vaxtı mehmanxanalarda 60–80 saniyə, digər ictimai binalarda 30–40 saniyədir. Liftlərin sayı və yerləşməsi insan yerdəyişməsini təmin etməlidir. Yanğın və funksional bölmələrə maneəsiz giriş təmin edilir.
