Podratçı və subpodratçı müvafiq icra hakimiyyətindən şəhadətnamə almalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.

Şəhadətnamə hər müqavilə üzrə ayrıca verilir. Şəhadətnamənin verilməsi üçün sənədlər ekspert rəyinə təqdim olunur. Ekspert sənədlərin qanuna uyğunluğunu araşdırır və rəyini verir. Şəhadətnamə yalnız aidiyyəti podratçı və subpodratçı üçün istifadə olunur.