Ərizə və sənədlər 2 iş günü ərzində ekspertə təqdim edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.

Ekspert sənədlərin tələblərə uyğunluğunu yoxlayır. Yazılı rəy 15 gündən gec olmayaraq təqdim olunur. Şəhadətnamə müvafiq icra orqanı tərəfindən 10 iş günü ərzində verilir. Bu prosedur sərt bürokratiyanı aradan qaldırır.