Balyığma mənbələrinin aşkar edilməsi, nektarlı və şirəli bitkilərin seleksiyası və toxumçuluğun inkişafı dövlət tərəfindən dəstəklənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.
Ekoloji təmiz arıçılıq məhsullarının istehsalının təmin olunmasına nəzarət də həyata keçirilir.
Bu fəaliyyət ekoloji davamlı istehsal prosesinin qurulmasına şərait yaradır.
