Hüquqi şəxslərin QEYDİYYATI

18 Dekabr 2025, 01:16


Banklar, birjalar, sığortaçılar və xarici nümayəndəliklərin qeydiyyatı 220 manatdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Kənd təsərrüfatı sahəsində hüquqi şəxslərin qeydiyyatı 3 manatdır. Digər hüquqi şəxslərin qeydiyyatı 11 manat təşkil edir. Yenidən qeydiyyat bu məbləğlərin 50 faizi qədərdir.