Qaydaya əsasən, istifadə olunacaq avadanlıqların texniki göstəriciləri sənədlərlə təsdiqlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası”nda əksini tapıb.
Buraya mexaniki minatəmizləmə maşınları, axtarış cihazları və fərdi mühafizə vasitələri daxildir. Bütün avadanlıqlar SƏP tələblərinə uyğun olmalıdır. Uyğunluq sənədləri olmadan fəaliyyətə icazə verilməyəcək. Bu addım texniki etibarlılığı və əməliyyatların təhlükəsizliyini artırmaq məqsədi daşıyır.
