
Türkiyədə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb.
Heftelik.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, türkiyəli məşhurlar tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar.
***
saat 10.48
Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb, bəziləri haqqında axtarış qərarı verilib.
Heftelik.az “Haber Global”a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı aktrisa Melisa Döngel, müğənni Yusuf Güney və Cihan Şensözlü ünvanlarında tapılmayıb.
Bundan əlavə, xaricdə olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində axtarış qərarı çıxarılıb.
***
saat 10.31
Türkiyədə aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki saxlanılıb.
Heftelik.az TRT Haber-ə istinadən xəbər verir ki, bununla bağlı İstanbul Respublika Baş Prokurorluğu qərar verib.
Onlar “narkotik vasitələrdən istifadə” maddəsi üzrə ittiham olunurlar.
Ümumilikdə, 10 şübhəli şəxs barəsində tutulma qərarı verilib. Onlardan sosial media fenomeni Cihan Şenözlü, müğənni Yusuf Güney və aktrisa Melisa Döngel axtarılır.
Ökə xaricində olan sosial media fenomenləri Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində də saxlanılma qərarı verilib.
