Yeni qaydalar yüksək binalarda video və audio müşahidə, eləcə də mühafizə siqnalizasiya sistemlərinin quraşdırılmasını tələb edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Bu sistemlər təhlükəsizliyin təminində əsas texnoloji vasitələr hesab olunur. Onlar obyektlərə kənar müdaxiləni aşkar etmək və məlumatları operativ ötürmək məqsədi daşıyır. Belə texnologiyalar şəhər mühitində təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək.