Narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində “Fənərbaxça” klubunun prezidenti Sadettin Saran şübhəli qismində İstanbul Baş Prokurorluğu tərəfindən ifadə vermək üçün məhkəməyə çağırılıb.
Heftelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda Sadettin Saranın evində axtarış aparılır.
Hazırda İtaliyanın Milan şəhərində olan klub rəsmisi sabah səhər ölkəyə dönərək ifadə verəcək.
Sadettin Saranın vəkili, “Fənərbaxça” klubunun İdarə Heyətinin üzvü Ali Alper Alpoğlu da açıqlama yayıb. Qeyd edib ki, Sadettin Saran ilk təyyarə ilə İtaliyadan Türkiyəyə dönərək ifadə verəcək.
Qeyd edək ki, Sadettin Saran bu ilin sentyabr ayında “Fənərbaxça”nın prezidenti seçilib.
