Napoleonun üzüyü oğurlandı

19 Dekabr 2025, 22:49

Belçikanın Jenap kommunasında yerləşən Son Qərargah Muzeyində Napoleon Bonaparta məxsus üzük naməlum şəxslər tərəfindən oğurlanıb.

Heftelik.az xəbər verir ki, bu barədə “RTBF” telekanalı məlumat yayıb.

Hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib. Oğurlanan eksponatlar arasında birbaşa Napoleona məxsus olduğu bildirilən almaz qaşlı qızıl üzük, eləcə də Napoleon dövrünə aid qızıl və gümüş sikkələr yer alıb.

Faktla bağlı araşdırma başlanıb.