Podratçılar və subpodratçılar xüsusi iqtisadi rejimin pozulmasına görə məsuliyyət daşıyırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.
Rejim pozuntuları vergilərdən yayınma və antiinhisar qanunlarına zidd fəaliyyətləri əhatə edir. Dəymiş ziyan aidiyyəti üzrə ödənilməlidir. Mübahisələr məhkəmə qaydasında həll olunur. Qanun 15 il müddətinə qüvvədədir və uzadıla bilər.
