Yeni qaydalar minatəmizləmədə istifadə olunan heyvanların və bələdçilərinin də qiymətləndirilməsini nəzərdə tutur.

Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası”nda əksini tapıb.

Heyvanların təlim səviyyəsi və təhlükəsiz əməliyyatlara hazırlığı SƏP-ə əsasən yoxlanılacaq. Həmçinin, tibbi yardım avtomobilləri və nəqliyyat vasitələrinin say tələbləri də müəyyən edilib. Bu tələblər minatəmizləmə əməliyyatlarının səmərəli və çevik icrasına şərait yaradacaq. Qayda həm insan, həm də texniki resursların koordinasiyalı fəaliyyətini təmin etməyə yönəlib.