“Narkotik” istintaqı çərçivəsində “şübhəli” statusu ilə İstanbul Baş Prokurorluğu tərəfindən ifadəyə çağırılan “Fənərbaxça” klubunun prezidenti Sadettin Saran məhkəmədə ifadə verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Saranın ifadəsi tamamlanıb və proses təxminən 2 saat davam edib.

Klub prezidenti, prokurorluqdakı sorğusunun tamamlanmasından sonra saç və qan nümunələrinin götürülməsi üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərilib. Prosedurlar tamamlandıqdan sonra o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.