Azərbaycan Yazıçılar Birliyinin inzibati binasında yerləşən kafe yenidən fəaliyyətə başlayıb.
Həftəlik.az-ın verdiyi məlumata görə, iaşə obyekti bu dəfə “Zuma” adı ilə fəaliyyətini bərpa edib.
Məlumat lövhəsində Yazıçılar Birliyinin obyektinin gecə klubu kimi işləyəcəyi qeyd olunub.
Xatırladaq ki, Birliyin inzibati binasında fəaliyyət göstərən məkan bir neçə il əvvəl sovet rejiminin “fədailəri” hesab edilən “26 Bakı komissarının” “şərəfinə” adlandırılması ittihamı ilə bağlanmış və daha sonra bir müddət “13” adı ilə fəaliyyətini davam etdirmişdi.

