AZIPS emitent iştirakçıya kredit köçürməsini gözləmə rejimində saxlayanda səbəbi göstərilməklə bildiriş (pacs.002) göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Emitent iştirakçı sorğu (camt.087) göndərməklə prioritet kodunu dəyişə bilər. Prioritet kodunu dəyişmək mümkün olmadıqda AZIPS birbaşa iştirakçıya səbəbi göstərilməklə bildiriş (camt.029) göndərir. Emitent iştirakçı sorğu (camt.056) ilə kredit köçürməsini ləğv edə bilər və AZIPS buna cavab olaraq bildiriş (pacs.002) göndərir. Kredit köçürməsinin ləğvi mümkün olmadıqda səbəb göstərilməklə bildiriş (camt.029) verilir.
