Bu Əsasnamə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının (Komissiya) səlahiyyətlərini və fəaliyyət qaydasını müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi”ndə əksini tapıb.
Komissiya fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər hüquqi aktları rəhbər tutur. Komissiya öz işini qanunçuluq, şəffaflıq və obyektivlik prinsiplərinə əsasən qurur. Komissiyanın üzərində adı həkk olunmuş blankı vardır və ictimai əsaslarla fəaliyyət göstərir.
