İxrac nəzarəti ixrac nəzarətinə düşən malların, işlərin və xidmətlərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, bu ərazidən çıxarılması və tranzitinin qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edən tədbirlər toplusudur.
Heftelik.az-ın məlumatına görə, bu, “İxrac nəzarəti haqqında” qanunda əksini tapıb.
Bu nəzarət ölkənin təhlükəsizliyini və beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etməyə xidmət edir. Həmçinin ixrac prosesində şəffaflıq və nəzarət mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.
