Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinin on üçüncü hissəsinə uyğun hazırlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.
Qayda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasını müəyyən edir. Sertifikasiya tibb mütəxəssislərinin peşə bilik və bacarıqlarının qorunub saxlanılması və inkişafını hədəfləyir. Sertifikasiyanın məqsədi həmçinin peşə yararlılığının yoxlanılmasıdır. Bu, davamlı peşəkar inkişaf (DPİ) və dövri sertifikasiya imtahanları ilə həyata keçirilir. DPİ və imtahanlar tibb mütəxəssislərinin bilik səviyyəsini qiymətləndirir. Sertifikasiya qaydaları həm ali, həm də orta ixtisas təhsilli mütəxəssislərə şamil edilir.
