Malın sertifikatlaşdırılmasını aparan qurum və təsərrüfat subyekti sənədləri formalaşdırır.
Heftelik.az-ın məlumatına görə, bu, “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”nda əksini tapıb.
Sənədlər mallar üçün texniki sənədlərin surətini əhatə edir.
İstinad edilmiş standartlar və texniki şərtlər də qeyd olunur.
Texniki həllərin siyahısı hazırlanır.
Eyniləşdirmə və mal nümunələrinin götürülməsi haqqında aktlar daxil edilir.
Malın tədqiq və ya sınaq protokolları sənədlərdə əks olunur.
Foto və videomateriallar tələb olunduqda sənədlərə əlavə edilir.
