Komissiya fəaliyyətini üzvlərinin təklifləri əsasında hazırlanmış və Komissiyanın iclasında qəbul edilmiş iş planına uyğun olaraq həyata keçirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi”ndə əksini tapıb.

Komissiyanın iclasları növbəti və növbədənkənar olmaqla keçirilir. Növbədənkənar iclaslar sədri və ya üzvlərin yarıdan çoxunun təşəbbüsü ilə çağırılır. İclasların tarixi, yeri və müzakirə olunacaq məsələlər üzvlərə qabaqcadan bildirilir.