
Bakı şəhərində və ya eyni vaxtda həm Bakı, həm regionlarda fəaliyyət göstərən sahibkarlıq üçün dövlət rüsumu tam ödənilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
Regionlarda fəaliyyət göstərən sahibkarlar üçün rüsum 50 faizdir. Regional televiziya və radio yayımı bu qaydadan istisnadır. Fəaliyyət növünün bir neçə alt növü varsa, ən yüksək rüsum ödənilir.
