Real vaxt rejimində mandatsız birbaşa debitləşmələr üzrə hər bir ödəniş paketinə yalnız bir ödəniş sərəncamı daxil edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Ödəniş paketlərinin icrası üçün emitent iştirakçının təsdiqi tələb olunur. Əməliyyat gününün sonuncu sessiyasına kimi təsdiq edilməyən paketlərin icrasından sistem avtomatik imtina edir. Emitent tərəfindən təsdiq edilmiş paket dərhal AZIPS-ə ötürülür. Klirinq hesabı üçün debet limit nəzərə alınmadan emal həyata keçirilir. Emal başa çatdıqda XÖHKS tərəfindən bildiriş (pacs.002) göndərilir. Ödəniş faylının və paketlərin məcburi sahələri yoxlanılır. Faylın format və nömrə düzgünlüyü təsdiqlənir.
