Bu Qayda Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemləri olan AZIPS, XÖHKS və AÖS iştirakçıları arasında hesablaşmaların aparılmasını tənzimləyir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna uyğun hazırlanıb. Ödəniş sistemlərində iştirakçılar bank, poçt rabitəsi və elektron pul təşkilatlarıdır. Sistemlərdə emitent və benefisiar iştirakçılar müəyyən edilir. Birbaşa və dolayı iştirakçılar arasında hesablaşmalar aparılır.