Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də  şamil olunub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

O, məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib.

Amnistiya aktı ilə o, cəzasının çəkilməyən hissəsindən azad edilib.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. İttiham aktına görə, hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. Sonradan ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib.

Bu ilin fevralında müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək, işi geri qaytarıb.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

 

4 nəfəri öldürən “Qurtuluş 93”-ün sahibinin kürəkəni faktiki azadlıqda – Məhkəmədən vicdanları ağrıdacaq QƏRAR – EKSKLÜZİV