Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı müəyyən prinsiplər əsasında hesablanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əksini tapıb.

2006-cı il yanvarın 1-dək olan dövr üzrə staj müxtəlif sənədlərə əsasən müəyyən edilir.

Müəssisə, idarə və təşkilatlarda işləyənlərin iş müddəti əmək kitabçası və ya digər rəsmi sənədlərlə təsdiqlənir.

Seçkili və ya təyinatlı vəzifələrdə çalışan şəxslərin fəaliyyət müddəti müvafiq orqanların arayışına əsaslanır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin stajı məcburi sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən hesablanır.

Əyani təhsil və kolxozlarda əmək fəaliyyəti dövrü müvafiq sənədlərlə təsdiqlənir.

İşləməyən ananın körpəyə qulluq etdiyi dövr də staj kimi nəzərə alınır.