Tibb mütəxəssisləri 5 il ərzində hər il orta hesabla 50 kredit toplamalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.
Minimum kredit sayı 250-dir. Toplanmış kreditlər peşəkar inkişafın hesabatında qeyd olunur. Tibb müəssisəsinin rəhbəri bu fəaliyyət üçün şərait təmin etməlidir. Fəaliyyət müəssisənin işinə mane olmamalıdır. DPİ-nin məzmunu mütəxəssisin ixtisasına uyğun olmalıdır. DPİ təlim ehtiyaclarını ödəməyə yönəlir.
