Arıçılıq məhsullarının keyfiyyət göstəriciləri istehsalçının müraciəti əsasında akkreditasiya olunmuş qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.

Bu qurumların akkreditasiyası uyğunluğun qiymətləndirilməsi sahəsində qanunvericiliyə əsasən həyata keçirilir. Sertifikatlaşdırma istehlakçıların təhlükəsiz və standartlara uyğun məhsul əldə etməsi üçün nəzərdə tutulub.