Emitent iştirakçının hesabında vəsait kifayət etmədikdə, gözləmə rejimində olan icra olunmayan kredit köçürmələri əməliyyat gününün sonunda ləğv olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Ləğv olunan kredit köçürməsi barədə birbaşa iştirakçıya bildiriş (pacs.002) göndərilir. Birbaşa iştirakçılar AZIPS tərəfindən hesablarında aparılan əməliyyatlar haqqında bildiriş (camt.054) alırlar. Əməliyyat günü ərzində birbaşa iştirakçı AZIPS-ə sorğu göndərməklə hesabı haqqında real vaxt rejimində məlumat (camt.052/BALR və camt.052/INTR) ala bilər. Həmçinin, kredit köçürmələri barədə real vaxt rejimində məlumat (pacs.002) da təmin edilir.